Bank Of Baku

Gəncədə 10 yaşlı uşağın ölüm səbəbi açıqlanıb - YENİLƏNİB - VİDEO

Gəncədə 10 yaşlı uşağın ölüm səbəbi açıqlanıb - YENİLƏNİB  - VİDEO
# 09 fevral 2022 13:53 (UTC +04:00)

Gəncədə ölən azyaşlının ilkin ölüm səbəbi açıqlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün şəhərin Yeni Qəsəbə adlanan ərazisində ölən 2012-ci il təvəllüdlü Əli Əlizadənin valideynləri uşağın qıcolmadan öldüyünü deyiblər.

Uşağın anadangəlmə epilepsiya xəstəliyinin olduğu bildirilib.

Faktla bağlı prokurorluqda araşdırmalar davam etdirilir.

***

09.46

Gəncədə azyaşlı naməlum səbəbdən ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Qəsəbə adlanan ərazisində qeydə alınıb.

2012-ci il təvəllüdlü Ə.Əlizadə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müayinəsi zamanı onun öldüyü məlum olub.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

Azyaşlının meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Meyit müayinə olunduqdan sonra ailəsinə təhvil veriləcək.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR