Gəncədə pasxa bayramı qeyd edilir - FOTO - VİDEO

Gəncədə Aleksandr Nevski kilsəsində pasxa bayramı mərasimi

© APA | Gəncədə Aleksandr Nevski kilsəsində pasxa bayramı mərasimi

# 24 aprel 2022 10:40 (UTC +04:00)

Gəncədə yaşayan pravoslavlar Pasxa bayramını qeyd edirlər.

APA-nın yerli bürosunun məlumatına görə, ölkənin qərb bölgəsində yaşayan pravoslavlar səhər saatlarından başlayaraq Gəncədəki Aleksandr Nevski kilsəsinə toplaşıb, İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsini bayram ediblər.

Hər il olduğu kimi bu il də ölkəmizdə daima sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə və Vətən müharibəsində şəhid olanların ruhuna dualar oxunulub. Şamlar yandırılıb, vacib sayılan bir sıra dini ayinlər icra edilib.

Qeyd edək ki, Pasxa xristianların dini kitabı İncildə təsvir edildiyinə əsasən, İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən bayramıdır. Xristianların inancına əsasən, bu hadisə təxminən 2000 il bundan əvvəl baş verib. Pasxadan sonra 50 günlük "Pasxa fəsli" adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs "Üçlük Günü" ilə başa çatır.

Gəncə şəhərində təxminən iki min nəfərə yaxın pravoslav məskunlaşıb. Qərb bölgəsində yeganə kilsə olan Aleksandr Nevski Rus Pravoslav Kilsəsi isə 1887-ci ildə inşa edilib və o dövrdən dini məbəd kimi fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR