Gəncədə zəncirvari qəza olub

Gəncədə zəncirvari qəza olub
# 31 may 2023 23:01 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.

Hərəkətə olan "Chevrolet Malibu" markalı minik maşını digər "Chevrolet" və "KİA" markalı minik maşınlarına çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da avtomobilər yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR