Göyçayda güclü külək nəticəsincə evlərin dam örtüyü uçub, ağaclar maşınların üzərinə aşıb

Göyçayda güclü külək nəticəsincə evlərin dam örtüyü uçub, ağaclar maşınların üzərinə aşıb
# 31 may 2023 19:18 (UTC +04:00)

Göyçayda hazırda şiddətli hava şəraiti qeydə alınır.

APA-nın Şirvan bürosu xəbər verir ki, hazırda rayonda güclü küləklə yağış müşahidə olunur. Qasırğa və yağış rayonda insanların hərəkətində ciddi problem yaradıb. Güclü külək və leysan xarakterli yağışlar nəticəsində rayonda bəzi evlərin dam örtüyü, ağaclar aşıb, maşınlar aşan ağacların altında qalıb. İlkin məlumata görə rayonun infrastrukturuna ciddi ziyan dəyib.

İlkin məlumatlara görə bəzi ticarət obyektləri və iş yerlərində yağışın şiddətli olması səbəbindən obyektləri su basıb.

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR