Göygöldə yol qəzası olub, xəsarət alan var - YENİLƏNİB - VİDEO

Göygöldə yol qəzası olub, xəsarət alan var - YENİLƏNİB  - VİDEO
# 05 dekabr 2021 19:38 (UTC +04:00)

Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan "VAZ 2101 "ilə "Pirora" markalı minik maşınları toqquşub.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə zamanı "VAZ 2101" markalı maşın yarı bölünüb.

Xəbərə yeni fotolar əlavə edilib.

***

Saat 18:30

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2101 "ilə "Pirora" markalı minik maşınları toqquşub. Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR