Güclü qara görə Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkəti dayanıb

Güclü qara görə Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkəti dayanıb
# 20 yanvar 2022 10:46 (UTC +04:00)

İsmayıllı rayonuna yağan güclü qar səbəbindən yollarda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

APA-nın yerli bürosunun xəbərinə görə, qarlı və dumanlı hava şəraiti İsmayıllı-Muğanlı yolunda hərəkəti iflic edib, 100-dən çox avtomobil yollarda qalıb, insanlar piyada getməli olurlar. Yağıntı davam edir, əraziyə texnikalar cəlb olunub, yolun açılması üçün tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR