Gürcüstana 2 kq kokain keçirməyə çalışan Türkiyə vətəndaşı saxlanılıb

Gürcüstana 2 kq kokain keçirməyə çalışan Türkiyə vətəndaşı saxlanılıb
# 22 dekabr 2021 17:23 (UTC +04:00)

Gürcüstana külli miqdarda narkotik vasitə keçirməyə cəhd göstərən Türkiyə vətəndaşı saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Bildirilib ki, Tbilisi hava limanında şübhəli Türkiyə vətəndaşının səyahət çantasına baxış zamanı xüsusi qaydada gizlədilmiş 2 kq kokain aşkarlanaraq götürülüb.

Tapılan narkotik vasitə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Kriminal Polis Departamentinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR