Hadrutda Pasxa bayramı qeyd olunub - FOTO - VİDEO

Hadrutda Pasxa bayramı qeyd olunub - FOTO  - VİDEO
# 27 aprel 2022 13:19 (UTC +04:00)

Azərbaycan Alban-Udi xristian dini icması üzvləri Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub.

Səfərin məqsədi Pasxa bayramının işğaldan azad olunmuş ərazidəki dini məbəddə qeyd edilməsidir.

İcma nümayəndələri qəsəbədəki məbəddə dualar edib, şamlar yandırıblar. Nümayəndə heyəti torpaqların bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin ruhuna da dualar oxuyub, Azərbaycan xalqına sülh, əmin-amanlıq arzulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR