Hakim olmaq istəyənlər üçün imtahan keçirilib - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 08 iyun 2022 14:58 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Seçki Komitəsi tərəfindən 2022-ci il iyunun 8-də hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərlə test imtahanı keçirilib.

DİM-dən APA-ya verilən xəbərə görə, imtahan kompüterlər vasitəsilə elektron qaydada təşkil olunub. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub. İmtahanda 182 nəfər iştirak edib. 109 nəfər 60 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 9,10 və 13 iyun tarixlərində saat 10:00-dan 13:00-dək Dövlət İmtahan Mərkəzində (Ünvan: Bakı şəhəri, Akademik H.Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.

10:39

Dövlət İmtahan Mərkəzi tərəfindən Hakimlərin Seçki Komitəsi ilə birgə hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilir.

DİM-dən APA-ya bildirilib ki, imtahan kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında təşkil olunur.

Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR