Hakimlərin konfransı təşkil ediləcək

Hakimlərin konfransı təşkil ediləcək
# 31 may 2023 13:45 (UTC +04:00)

Hakimlərin konfransı institutu yaradılır.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Hakimlərin konfransı Məhkəmə-Hüquq Şurasının üzvlərinin seçilməsi üçün keçirilir.

Hakimlərin konfransında kassasiya, apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri aşağıdakı qaydada təmsil olunurlar:

-. Azərbaycan Respublikasının Ali Məhkəməsindən 5 hakim;

- hər apellyasiya instansiyası məhkəməsindən 3 hakim;

- hər ixtisaslaşdırılmış birinci instansiya məhkəməsindən 1 hakim;

- hər rayon (şəhər) məhkəməsindən 1 hakim.

Hakimlərin konfransı bu qanunda nəzərdə tutulan hakimlərin dörddə üçü iştirak etdikdə səlahiyyətlidir.

Hakimlərin konfransı Məhkəmə-Hüququ Şurasının üzvlərini açıq səsvermə yolu ilə, iştirakçıların sadə səs çoxluğu ilə seçəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR