Havada toz dumanı müşahidə edilir

Havada toz dumanı müşahidə edilir
# 04 oktyabr 2022 17:38 (UTC +04:00)

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

APA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib ki, dispers toz hissəcikləri Xətai rayonunda 1,5 dəfə, Nizami rayonunda isə 2,4 dəfə normadan yüksək qeydə alınıb:

“Sinoptik vəziyyətə və eyni zamanda toz proqnoz modellərinə əsasən tozlu hava şəraiti transsərhəd xarakterlidir və gün ərzində davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR