Havada toz dumanı müşahidə olunub - VİDEO

Havada toz dumanı müşahidə olunub - VİDEO
# 29 aprel 2022 20:22 (UTC +04:00)

Bu gün ölkə ərazisində transsərhəd çirklənmə müşahidə olunub.

APA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, Bakı şəhərinin inzibati rayonları üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan saat 19:00-da əldə olunmuş məlumatlara əsasən, dispers toz hissəcikləri Bakı şəhərinin Xətai və Nizami rayonlarında 1.1, Səbail rayonunda isə 1.2 dəfə normadan çoxdur.

G.Abbasovanın sözlərinə görə, havada digər qaz qarışıqları norma daxilindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR