Həkəri çayına 3 min balıq buraxılıb - FOTO - VİDEO

Həkəri çayına 3 min balıq buraxılıb - FOTO  - VİDEO
# 24 iyun 2022 14:38 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Həkəri çayının Zəngilan rayon ərazisindən keçən hissəsinə balıq buraxıb.

APA-nın yerli bürosu xəbər verir ki, balıq buraxma mərasimində Zəngilanda səfərdə olan siyasi partiyaların nümayəndələri də iştirak edib.

Çaya 3 min sayda qızılbalıq və farel balıqlarının buraxıldığı bildirilib.

Bu balıq növlərinin nəslinin kəsilmək üzrə olduğu və "Qırmızı kitab”a düşdükləri vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR