Həkim: "Allergiyası olanlara dəmir yalnız xəstəxanada köçürülməlidir"

Həkim: "Allergiyası olanlara dəmir yalnız xəstəxanada köçürülməlidir"
# 12 yanvar 2022 15:19 (UTC +04:00)

“Dəmir deposu azalmağa başlayanda əvvəlcə anemiya olmaya bilər, amma zamanla dəmir defisiti yaranır ki, bu da anemiyaya səbəb ola bilər. Qadınlarda menopauza dövründən sonra dəmir defisiti varsa, bunu araşdırmaq lazımdır”.

APA-nın məlumatına görə, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev bildirib.

Onun sözlərinə görə, allergiyası olanlarda dəmir defisiti varsa, dəmir köçürülməsi yalnız xəstəxana şəraitində olmalıdır: “Bu, çox ciddi reaksiya verə bilər. Ona görə vətəndaşlar ev şəraitində sistem şəklində dəmir köçürülməsindən uzaq olsunlar. Anemiyanın səbəbləri sümük iliyində qanın yaranmasında problem, qanın parçalanmasının zəifliyi, ya da qan itkisi ilə bağlı ola bilər. Dəmir defisiti olan anemiya varsa, ilk soruşduğumuz o olur ki, həmin şəxs qırmızı ət yeyirmi. Desə ki, yeyir, onun mədə-bağırsağı yoxlanmalıdır. Bu defisit hemotomalardan yaranan qanaxmalardan da ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR