Həkim: "Qlaukoma 50 faiz halda korluğa gətirib çıxara bilir"

Həkim: "Qlaukoma 50 faiz halda korluğa gətirib çıxara bilir"
# 29 aprel 2022 15:30 (UTC +04:00)

Uşaqlar arasında ən çox rast gəlinən göz xəstəlikləri zəif görmə, çəplik, göz qapağının problemləri, allergik konyuqtivit, qlaukoma və travmadan yaranan xəstəliklərdir.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti oftalmoloq Nigar Həsənova deyib. Onun sözlərinə görə, bəzən göz xəstəlikləri gedişində başqa xəstəliklərin də aşkarlanması müşahid edilir:

“Uşaqlar arasında son dövrlərdə yaranan göz xəstəliklərindən biri də astiqmatizmdir. Lakin bu hal vaxtında korreksiya edildikdə aradan qalxa bilir. Hazırda miopiya xəstəliyi də artmaqdadır. Bunun da səbəbi ekranla çox zaman keçirməkdir. İnsan gözü uzun müddət yaxına baxdıqda miopiya kimi hallar yaranır. Bunun qarşısını almaq üçün xüsusilə uşaqların mümkün qədər həyətdə zaman keçirməsinə, uzağa baxmasına şərait yaratmaq lazımdır. Qlaukoma xəstəliyi isə 50 faiz halda korluğa gətirib çıxara bilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR