Həkim: “Xroniki ağciyər xəstəliyi geri dönməz prosesdir”

Həkim: “Xroniki ağciyər xəstəliyi geri dönməz prosesdir”
# 04 may 2022 15:36 (UTC +04:00)

“Dünyada 200 milyon insan xroniki ağciyər xəstəliyindən əziyyət çəkir”.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr-allerqoloq Tahirə Pənahova deyib.

O bildirib ki, bronxial astma xəstəliyi geri dönən xəstəlik olsa da, xroniki ağciyər xəstəliyi daha ağırdır:

"Bu xəstəlik geri dönməz və ağır prosesdir. Burada infeksion amil əsasdır. Əsasən aktiv və passiv siqaret çəkənlər bu xəstəliyə tutulur. Bu xəstəlikdə də astmada olduğu kimi təngnəfəslik, fitverici tənəffüs əsas simptomdur. Lakin bunlar tamamilə ayrı-ayrı xəstəliklərdir. İnsanlarda eyni anda hər iki xəstəlik ola bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR