Heydər Əliyev Fondu Moskvada uşaq evində bayram tədbiri keçirib - FOTO

Heydər Əliyev Fondu Moskvada uşaq evində bayram tədbiri keçirib - FOTO
# 31 may 2022 14:10 (UTC +04:00)

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Moskvanın “Bizim Ev” ailə tərbiyəsinə dəstək mərkəzində uşaqlar üçün bayram tədbiri keçirib.

APA-nın Moskva müxbirinin məlumatına görə, valideyn himayəsindən məhrum olan uşaqlar üçün kukla tamaşası təşkil edilib.

Fondun Rusiya nümayəndəliyinin əməkdaşları uşaqlara şirniyyat və oyuncaqlar hədiyyə ediblər.

Moskvada yerləşən “Bizim ev” ailə tərbiyəsinə dəstək mərkəzi valideyn himayəsindən məhrum olan sağlam uşaqlarla yanaşı, həm də fiziki və zehni inkişafdan geri qalan körpələrin də yuva saldığı məkandır. Heydər Əliyev Fondunun daim qayğısını görən Mərkəzin direktoru Vadim Menşov Fondun vitse-prezidenti Leyla Əliyevanın uşaq evinə olan diqqətindən danışıb: “Həm biz, həm də uşaqlar Azərbaycan xalqını çox sevirik. Bizim Heydər Əliyev Fondu ilə gözəl münasibətlərimiz var. Buna görə Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürümüzü bildiririk. Hər şey onun bura gəlişindən başladı. Onsuz bu dostluq baş verməzdi. Allaha şükürlər olsun ki, bu dostluq bitmir, davam edir. Yanımızda olan və köməyimizə çatan belə dostlarımızın olduğundan çox şadıq”.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar bölməsinin rəhbəri Tamilla Əhmədova fondun uşaq evi ilə sıx əməkdaşlığından danışıb. O bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti və Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva dəfələrlə burada uşaqlara baş çəkib, onlar üçün bayram tədbirləri təşkil edib, burada tərbiyə alan uşaqlar dəfələrlə Bakıda səfər edib, oradakı 1 saylı uşaq evinin qonağı olub.

T. Əhmədova “Bizim Ev” mərkəzinin rəhbərinə Fondla çoxillik əməkdaşlığa görə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR