“Himayədar ailə” modeli ilə bağlı elektron altsistem hazırlanır

“Himayədar ailə” modeli ilə bağlı elektron altsistem hazırlanır
# 13 may 2022 12:31 (UTC +04:00)

"Himayədar ailə" modelinin tətbiqi istiqamətində normativ hüquqi bazaların yaradılması, qurumlar arasında razılaşdırılması və təsdiq edilməsi istiqamətində işlərə başlanılıb.

APA xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyev deyib.

O bildirib ki, həmçinin normativ hüquqi bazaya uyğun idarəetmənin qurulması üçün elektron altsistemin hazırlanması prosesi gedir:

"Bu istiqamətdə beynəlxalq təcrübə öyrənilir. Digər tərəfdən prosesin icrası üçün işçi heyət hazırlanır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR