Hotellərdə yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib

Yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri

© APA | Yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri

# 11 may 2022 16:16 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi qaydaları tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir.

FHN-dən APA-ya verilən xəbərə görə, bu çərçivədə növbəti tədbirlər Gəncə şəhərində yerləşən "My Way Boulevard” və “Bakı” otellərində, Göygöl rayonunda yerləşən “Cənnət Məkan” istirahət mərkəzində keçirilib.

Tədbirlərdə yanğın təhlükəsizliyinin təmin olunmasına obyekt rəhbərlərinin şəxsən məsuliyyət daşıdıqları, bütün əməkdaşların yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrinin zəruriliyi xüsusi olaraq vurğulanıb. Eyni zamanda, binaların, eləcə də binaətrafı ərazilərin təmiz saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına dair tələblər barədə məlumat verilib.

Əməkdaşlarla yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, həmçinin, su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin tələbləri barədə ətraflı söhbət aparılıb.

Sonda ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları əyani şəkildə izah edilib və suallar cavablandırılıb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR