"Qarabağ müharibəsində qazanılan qələbədən sonra ADEX sərgisinə daha böyük maraq yaranıb".
APA xəbər verir ki, bunu Bakıda keçirilən "ADEX" və "Securex Caspian" sərgilərinə həsr olunan mətbuat konfransında “Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə deyib.
O bildirib ki, bundan qabaq keçirilən sərgilərdə 2 mindən çox xarici vətəndaş iştirak edib: "Biz bu sərgidə bu rəqəmin daha çox olacağını gözləyirik".