İmişlidə sexdə yanğın olub

İmişlidə sexdə yanğın olub
# 09 iyun 2023 09:05 (UTC +04:00)

İmişlidə sexdə yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, İmişli şəhərində ümumi sahəsi 102 m² olan transformator təmiri sexində 2 ədəd transformator sayğacı yanıb.

Sex və içərisində olan digər avadanlıqlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR