İsmayıllıda əməkdar müəllim vəfat edib

İsmayıllıda əməkdar müəllim vəfat edib
# 09 mart 2023 12:25 (UTC +04:00)

Dağlıq Şirvan Regional Təhsil İdarəsin Təhsilin keyfiyyət təminatı sektorunun aparıcı məsləhətçisi, əməkdar müəllim Ramiz Baloğlanov vəfat edib.

Bu barədə APA-ya Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Ramiz Baloğlanov 65 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib:

"Bir ay idi ki, bülletendə idi. Bu il təqaüdə çıxacaqdı. Bundan əvvəl o, Şirvan Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR