İsmayıllıda selin fəsadları aradan qaldırılır - FOTO

İsmayıllıda selin fəsadları aradan qaldırılır - FOTO
# 07 iyun 2023 14:02 (UTC +04:00)

İsmayıllıda dünən gecə yağan leysan yağışlarının və selin fəsadları aradan qaldırılır.

APA-nin Şirvan bürosu xəbər verir ki, gecə saatlarında İsmayıllının bir neçə kəndindən sel keçib. Sel Lahıc və ətraf kəndlərdə bir sıra fəsadlar törədib. Şəxsi təsərrüfatlara, turizm obyektlərinə, eləcə də infrastruktura ziyan dəyib. Hazırda əraziyə dəymiş ziyan hesablanır, selin törətdiyi fəsadlar aradan qaldırılır. Ərazi ağır texnika və canlı qüvvə cəlb olunub.

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR