İstirahət mərkəzlərində yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib

İstirahət mərkəzlərində yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib

© APA | İstirahət mərkəzlərində yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib

# 12 yanvar 2022 15:38 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi qaydaları tələblərinin pozulmasının qarşısını almaq, bu sahədə fəaliyyət göstərən əməkdaşları yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir.

FHN-dən APA-ya verilən məlumata görə, bu çərçivədə növbəti tədbirlər Naftalan şəhərində yerləşən "Garabag Resort & Spa” və “Yeni Çinar” otellərində keçirilib.

Tədbirlərdə yanğın təhlükəsizliyinin təmin olunmasına obyekt rəhbərlərinin şəxsən məsuliyyət daşıdıqları, bütün əməkdaşların yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrinin zəruriliyi xüsusi olaraq vurğulanıb. Eyni zamanda, binaların, eləcə də binaətrafı ərazilərin təmiz saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına dair tələblər barədə məlumat verilib.

Əməkdaşlarla yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, həmçinin, su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin tələbləri barədə ətraflı söhbət aparılıb.

Sonda ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları əyani şəkildə izah edilib və suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR