İTSDA: Dərman qiymətlərinin tənzimlənməsində uğurlu nəticələr əldə ediləcək

İTSDA: Dərman qiymətlərinin tənzimlənməsində uğurlu nəticələr əldə ediləcək
# 06 iyun 2022 13:59 (UTC +04:00)

“Dərman qiymətlərinin tənzimlənməsi prosesində yaxın zamanda uğurlu nəticələr əldə ediləcək”.

APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyevin fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dərman qiymətlərinin tənzimlənməsi birbaşa İTSDA-ya aid deyil: “Bu, Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Tarif Şurasına aid məsələdir. Sadəcə, məlumat olaraq qeyd edə bilərəm ki, bu məsələ ilə bağlı 3-4 aydır ki, məsləhətçilərlə iş aparılır. Yaxşı nəticələr gözlənilir. O iclaslarda mən də iştirak etmişəm, orada qiymətlərin düzgün şəkildə tənzimlənməsi, tarif necə formalaşır, referans ölkələrin seçilməsi, ölkədə qeydiyyatda olmayan dərmanların sürətli şəkildə qeydiyyata alınması işləri aparılır. İnanıram ki, uğurlu nəticələri yaxın zamanda görəcəyik”.

Qeyd edək ki, deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib ki, dərman qiymətlərində artım var: “Əvvəl dərmanların 1 qramlıq olanların qiyməti ilə 0,5 qramlıq eyni qiymətə satılır. Sonra 1 qramlıq versiya yavaş-yavaş aradan çıxarılır. 0,5 qramlıq, 1 qramlıq dərmanın qiymətinə satılır. Həmin dərmanı istifadə edən xəstə məcburdur ki, eyni dərmandan 2 ədəd alsın. Qiymətlər süni olaraq qaldırılır. Ola bilər indi inflyasiyadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR