İTSDA: Xəstəxanalarımızın 90 faizi özünü maliyyələşdirməkdə çətinlik çəkir

İTSDA: Xəstəxanalarımızın 90 faizi özünü maliyyələşdirməkdə çətinlik çəkir
# 21 sentyabr 2022 11:26 (UTC +04:00)

“Hazırda xəstəxanalarımızın 90 faizi özünü maliyyələşdirməkdə çətinlik çəkir”.

APA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov "Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi" tvininq layihəsinin açılışı zamanı deyib.

O bildirib ki, səhiyyənin keyfiyyətinin artırılması ilə bağlı layihə çərçivəsində mühüm işlər görüləcək:

“Həm Səhiyyə Nazirliyinin, həm də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sığortanın təşkili ilə bağlı tələbləri nəzərə alınacaq. Xidmət şəbəkəsinin təkmilləşdirilməsi iləe bağlı da tədbirlər görüləcək. Hazırda Azərbaycandakı xəstəxanaların 90 faizi özünü maliyyələşdirməkdə çətinlik çəkir. İstəyimiz xəstəxanaların mövcud resurslarının səmərəliliyini artıraraq gələcəkdə özünü maliyyələşdirəcək səviyyəyə çatdırmaqdır. Bu yöndə Avropanın hesablama modellerini öyrənmək istəyirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR