"IV siniflərin monitorinqi tədris dili və riyaziyyat üzrə aparılacaq".
APA xəbər verir ki, bunu Təhsil Nazirliyinin Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə "Təhsil masası"nda deyib.
O bildirib ki, tədris dili üzrə 30 qapalı, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunacaq. "Tədris dili üzrə bu tapşırıqlar oxu və dil qaydalarını əhatə edəcək, riyaziyyat üzrə isə 5 məzmun xətti üzrə suallar təqdim olunacaq. Növbəti illərdə xarici dil fənni də monitorinqlərə daxil edilə bilər.".
Sektor müdiri qeyd edib ki, monitorinqin iyunun 7-si saat 10-da başlanılması planlaşdırılır.