Kamran Əliyev: "Gənclərin irəli çəkilməsi məsələsində balansı qorumağa çalışırıq"

Kamran Əliyev

© APA | Kamran Əliyev

# 01 oktyabr 2022 16:22 (UTC +04:00)

Həm gənc prokurorluq əməkdaşları yetişdirmək həm yaşlı nəsil əməkdaşlarının təcrübəsindən istifadə etmək istəyirik. Son iki qəbul imtahanında 183 nəfər gənc hüquqşünas prokurorluq orqanlarında işə qəbul olunub.

APA-nın xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev deyib.

Kamran Əliyevin sözlərinə görə, qəbul imtahanlarının növbəti mərhələsi üçün 50 vakant yer ayrılıb: “2021-ci ilin may ayında yüz nəfər, bu ilin yanvar ayında isə əlavə olaraq 83 nəfər gənc əməkdaşı prokurorluq orqanlarına qəbul etdik. Növbəti mərhələdə isə 50 vakant yer ayrılıb. Həmin yerlər üçün aparılan sənəd qəbulu ötən gün başa çatıb. Məndə olan məlumata görə vakant yerlər üçün 400-dən artıq gənc hüquqşünas müraciət edib. Ümumiyyətlə, gənclərin irəli çəkilməsi məsələsində balansı qorumağa çalışırıq. Yəni, həm yeni nəsil prokurorluq əməkdaşları yetişsin, həm də daha yaşlı nəsil prokurorluq əməkdaşlarının təcrübəsindən istifadə edək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR