Kamran Əliyev Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb - FOTO

Kamran Əliyevin Səudiyyə Ərəbistanının səfiri ilə görüşü

© APA | Kamran Əliyevin Səudiyyə Ərəbistanının səfiri ilə görüşü

# 27 aprel 2022 16:53 (UTC +04:00)

Aprelin 27-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Həməd bin Abdulla bin Səud bin Xudeyr ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüş zamanı Kamran Əliyev xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin inkişafının yüksək səviyyədə olduğunu məmnuniyyətlə vurğulayaraq, bu sahədə dövlət başçıları İlham Əliyev və Kral Salman bin Əbdül-Əziz Əl Səudun misilsiz xidmətlərini qeyd edib.
Baş prokuror müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə dəstəyinə görə təşəkkürünü bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının bütövlükdə müsəlman dünyası üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Görüşdə Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru şeyx Səud bin Abdullah əl Müacibin rəhbərlik etdiyi nümayəndə heyətinin yaxın vaxtlarda ölkəmizə səfəri və qarşılıqlı maraq doğuran digər mövzulara dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR