Kəmaləddin Heydərov Şəkidə vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Şəkidə vətəndaşları qəbul edəcək
# 24 iyun 2019 17:16 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən iyunun 27-də Şəki şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11:00-dan Şəki və Qax rayonları sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı iyunun 26-da Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-dan başlayacaq.

Fövqəladə Hallar nazirinin birinci müavini Rəfail Mirzəyev tərəfindən iyunun 27-də Balakən şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11:00-dan Balakən rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı iyunun 27-də Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-dan başlayacaq.

Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev tərəfindən iyunun 27-də Zaqatala şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11:00-dan Zaqatala rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı iyunun 27-də Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-dan başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR