Komitə: Azərbaycanda əmək bazarında gender fərqləri mövcuddur

Komitə: Azərbaycanda əmək bazarında gender fərqləri mövcuddur
# 24 dekabr 2021 15:51 (UTC +04:00)

Son illər Azərbaycanda məşğulluq sahəsində gender fərqlərinin aradan qaldırılması üzrə hüquqi mühitin yaradılmasına yönəlik bir sıra addımlar atılıb. Hüquqi təminata baxmayaraq, rəsmi statistik məlumatların analizi göstərir ki, hazırda Azərbaycanda əmək bazarında gender fərqləri mövcuddur.

APA-nın məlumatına görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” məlumatında qeyd edilib.

Bildirilib ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2010-cu ildə məşğul əhalinin tərkibində qadınların sayı 2101,7 min nəfər təşkil edib və 2019-cu ildə bu göstərici 11,8 faiz artıb. Muzdla işləyənlərin sayında bu dövr ərzində qadınların xüsusi çəkisi 9,6 faiz artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR