Koreya idxalçılarının Azərbaycana ticarət missiyası təşkil olunacaq

Koreya idxalçılarının Azərbaycana ticarət missiyası təşkil olunacaq
# 03 iyun 2022 19:10 (UTC +04:00)

Koreya idxalçılarının Azərbaycana ticarət missiyasının təşkili müzakirə olunub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) "APA-Economics"ə verilən məlumata görə, qeyd olunan məsələyə AZPROMO-nun rəhbəri Yusif Abdullayevlə Koreya İdxalçılar Assosiasiyasının (KOIMA) sədri Kim Ben-Kvan (Kim Byung-Kwan) arasında keçirilən onlayn görüşdə toxunulub.

Görüşdə həmçinin Azərbaycan ixracatçıları və Koreya idxalçıları arasında işgüzar görüşlərin keçirilməsi, Koreya iş adamlarının Azərbaycana səfəri, bu ilin 23-25 iyun tarixlərində Seulda təşkil olunacaq İdxal Malları Yarmarkasında (Import Goods Fair – IGF) AZPROMO-nun nümayəndə heyətinin iştirakı məsələləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR