Laçın-Xankəndi yolunda aksiya keçirilən yerdən RSK-nın ümumilikdə 20 maşını keçid edib - FOTO - YENİLƏNİB-3

Laçın-Xankəndi yolunda aksiya keçirilən yerdən RSK-nın ümumilikdə 20 maşını keçid edib  - FOTO  - YENİLƏNİB-3
# 03 yanvar 2023 17:43 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus daha 4 yük və minik maşınının sərbəst keçidi baş tutub.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, səhər saatlarından bu ana qədər RSK-nın 20 müxtəlif markalı avtomobilləri keçid edib.

***

16:13

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus 2 yük və 1 minik maşınının sərbəst keçidi baş tutub.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-nə məxsus 2 yük və 1 minik maşını Xankəndidən Laçına maneəsiz keçid edib.

Səhər saatlarından bu ana qədər RSK-nın 16 müxtəlif markalı avtomobilləri keçid edib.

***

11:50

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus 5 təminat və 1 minik təminat maşınının sərbəst keçidi baş tutub.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-nə məxsus 5 təminat və 1 minik maşını Xankəndidən Laçına maneəsiz keçid edib.

Avtomobillərin aksiya keçirilən yerdən sərbəst hərəkətinə şərait yaradılıb.

***

11:03

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus 1 minik avtomobilinin sərbəst keçidi baş tutub.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-nə məxsus minik avtomobili Xankəndidən Laçına maneəsiz keçid edib.

***

10:17

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus 6 müxtəlif təyinatlı avtomobilin sərbəst keçidi baş tutub.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-nə məxsus 6 avtomobil Xankəndidən Laçına maneəsiz keçid edib.

Avtomobillərin aksiya keçirilən yerdən sərbəst hərəkətinə şərait yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR