Laçın-Xankəndi yolunda ekofəalların aksiya keçirdiyi ərazidə fotosərgi təşkil olunub - FOTO - VİDEO

Laçın-Xankəndi yolunda ekofəalların aksiya keçirdiyi ərazidə fotosərgi təşkil olunub - FOTO  - VİDEO
# 09 yanvar 2023 15:32 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçilərinin Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyası davam edir.

APA xəbər verir ki, ekofəalların Xankəndi-Laçın yolunda aksiya keçirdiyi ərazidə fotosərgi təşkil olunub.

Sərgidə Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı müddətdə həyata keçirdiyi ekoloji terror, talançılıq siyasətinin nəticələri öz əksini tapıb.

Qeyd edək ki, aksiya 29 gündür davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR