Laçın-Xankəndi yolundan gün ərzində RSK-nın 25 maşını keçib - VİDEO - YENİLƏNİB-2

# 18 yanvar 2023 18:57 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-nə məxsus iki yük maşını Xankəndidən Laçına maneəsiz keçid edib.

Səhər saatlarından indiyədək RSK-nın ümumilikdə 25 maşını aksiya keçirilən yoldan maneəsiz keçib.

***

14.01

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, son bir saatda RSK-nə məxsus daha dörd avtomobil aksiya keçirilən ərazidən maneəsiz keçid edib. Bu gün səhər saatlarından indiyədək RSK-nə məxsus ümumilikdə 19 avtomobil Xankəndi-Laçın yolunun hər iki istiqamətinə maneəsiz keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

***

11.31

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl Xankəndidən gələn RSK-nə məxsus 6 yük maşını aksiya keçirilən ərazidən maneəsiz keçərək Laçına doğru hərəkət edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

***

11.12

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-nə məxsus 8 yük, 1 minik avtomobilindən ibarət maşın karvanı aksiya keçirilən ərazidən keçərək Xankəndidən Laçın istiqamətinə hərəkət edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR