Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, səhər saatlarında Xankəndidən gələrək, Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus minik avtomobilləri geriyə qayıdıb. Xankəndiyə keçən avtomobillərdə erməni əsilli sakinlər olub.
***
09.10
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 8 minik avtomobili Laçın istiqamətinə maneəsiz keçid edib.
Minik avtomobillərdə erməni əsilli sakinlər olub.