Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir - FOTO - YENİLƏNİB

Laçın-Xankəndi yolu

© APA | Laçın-Xankəndi yolu

# 21 mart 2023 16:07 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, səhər saatlarında Xankəndidən Laçın istiqamətinə gedən Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər geriyə, Xankəndiyə qayıdıb.

***

saat 09.58

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus maşın karvanı maneəsiz keçid edib.

BQXK-yə məxsus 5 minik, 5 yük avtomobillindən ibarət karvan Xankəndindən gəlib, Laçın istiqamətinə gedib.

Minik avtomobillərində erməni əsilli sakinlər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR