Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, eko-fəalların aksiya keçirdiyi yoldan daha bir maşın karvanı maneəsiz keçid edib. Laçın istiqamətindən gələn RSK-ya məxsus 25 maşından ibarət karvan Xankəndiyə gedib.
***
12.50
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus maşın karvanının maneəsiz keçidinə şərait yaradılıb. Xankəndidən gələn 35 maşından ibarət karvan Laçın istiqamətinə hərəkət edib.
***
09.49
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
Xankəndidən gələn RSK-ya məxsus iki yük avtomobili Laçın istiqamətinə gedib.