Laçın-Xankəndi yolundan RSK-nın daha bir maşın karvanı keçib - VİDEO - YENİLƏNİB-2

Laçın-Xankəndi yolundan RSK-nın daha bir maşın karvanı keçib - VİDEO  - YENİLƏNİB-2
# 27 yanvar 2023 16:40 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-ya məxsus daha 7 təminat maşını Laçından Xankəndiyə maneəsiz keçid edib.

***

15.58

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-ya məxsus 12 təminat maşını Laçından Xankəndiyə maneəsiz keçid edib.

***

10.58

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın- Xankəndi yolundan maşın karvanı maneəsiz keçid edib.

RSK –ya məxsus maşın karvanı 2 minik, 18 yük maşınından ibarət olub. Maşın karvanı Xankəndindən Laçın istiqamətinə hərəkət edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

***

10:09

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobilin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus yük avtomobili Laçından Xankəndinə maneəsiz keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR