May ayının pensiyaları qrafikdən əvvəl tam ödənilib

May ayının pensiyaları qrafikdən əvvəl tam ödənilib
# 13 may 2022 14:42 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə may ayının pensiyalarının qrafikdən əvvəl ödənişini yekunlaşdırıb.

Nazirlikdən APA-ya verilən xəbərə görə, mayın 6-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, bu gün isə ölkəmizin digər bölgələri üzrə pensiyalar, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR