Məcburi köçkün məktəblərinin köçürülməsi üçün planlama işləri aparılır

Emin Əmrullayev

© APA | Emin Əmrullayev

# 24 dekabr 2022 12:10 (UTC +04:00)

“Böyük Qaydış prosesinin idarə olunması çox vacib məsələdir”.

APA xəbər verir ki, bunu “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr olunmuş tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, hazırda məcburi köçkün ümumtəhsil məktəblərinin köçürülməsi üçün bəlli planlama işləri aparılır: “30 il ərzində çox şey dəyişib və həmin insanların qayıtması ilə bağlı planlama işi mütləq aparılmalıdır. Həmin əraziyə qayıdan insanların əmək bacarıqları ilə bağlı məsələ də araşdırılmalıdır. Bu prosesdə yeni bacarıqlar, yeni səriştələr çox vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR