Meksika səfiri Gəncəyə səfər edib - FOTO - VİDEO

Meksika səfiri Gəncəyə səfər edib - FOTO  - VİDEO
# 29 iyun 2022 11:26 (UTC +04:00)

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Gəncə şəhərinə səfər edib.

APA-nın yerli bürosunun məlumatına görə, səfir Rodriqo Labardini öncə Gəncədə erməni terroru nəticəsində həlak olan dinc sakinlərin xatirəsini anmaq üçün raket zərbələrinə məruz qalmış əraziyə gəlib.

Rodriqo Labardini həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış yaşayış binasının ətrafına güllər qoyub.

Ermənistanın hərbi cinayətlərinin izləri ilə tanış olan səfirə məlumat verilib ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Ermənistanın Gəncədə törətdiyi hərbi cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Həmçinin bildirilib ki, 20-dən artıq ev tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan dəyib.

Diplomat səfər çərçivəsində "Gəncə Şərab-2" ASC-də olacaq və Nizami Gəncəvinin Məqbərəsini ziyarət edəcək. Daha sonra Göygöl Milli Qoruğuna səyahət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR