Məktəbəqədər təhsilə cəlb edilənlərin payı 50%-ə çatdırılacaq

Məktəbəqədər təhsilə cəlb edilənlərin payı 50%-ə çatdırılacaq
# 22 iyul 2022 12:24 (UTC +04:00)

Məktəbəqədər təhsilin əhatə dairəsi artırılacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 20222026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Sənəddə qeyd edilib ki, ölkə üzrə məktəbəqədər təhsilin göstəriciləri yaxşılaşdırılacaq, məktəbəqədər təhsilin məzmunu yenilənəcək, pedaqoji heyətin və idarəetmə heyətinin peşəkarlığı artırılacaq, məktəbəqədər təhsilin keyfiyyətinin təminatı sistemi yaradılacaq.

Nəticədə, məktəbəqədər təhsilə cəlb edilmiş 15 yaşlıların payı 50%-ə çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR