Məktəblərdə fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbirlər keçirilib- FOTO

Məktəblərdə fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbirlər keçirilib- FOTO
# 14 yanvar 2023 14:32 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Aran Regional Mərkəzi tərəfindən Ucar şəhər 4 saylı tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Salyan rayon 6 saylı tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Bənövşələr kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayon Nərəcan kənd tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 43 saylı tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR