Məleykə Abbaszadə: "150-200 arası balla müsabiqədən kənarda qalan abituriyentlərin sayı daha çox olub"

Məleykə Abbaszadə: "150-200 arası balla müsabiqədən kənarda qalan abituriyentlərin sayı daha çox olub"
# 01 sentyabr 2022 12:15 (UTC +04:00)

"Bu il bütün qruplar üzrə 200-dən yuxarı bal toplayaraq müsabiqədən kənarda qalan abituriyentlərin sayı ötən illə müqayisədə çox azdır".

APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Məleykə Abbaszadə uğur qazana bilməyən abituriyentlərin boş qalan yerlərə ixtisas seçimə şanslarının olduğunu bildirib:

"Təxminən 2400 plan yeri boş qalıb. Həmin yerlər artıq təqdim edilib. 200-dən yüksək nəticə göstərən və uğur qazanmayanlar abituriyentlər boş qalan yerlərə qəbul üçün seçim etsələr, uğur qazana biləcəklər. 150-200 arası balla müsabiqədən kənarda qalan abituriyentlərin sayı daha çoxdur. Bu bal aralığı üçün təxminən 245 boş yer qalıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR