Milli Məclis Türkiyəyə 40 ədəd generator göndərib

Milli Məclis Türkiyəyə 40 ədəd generator göndərib
# 10 fevral 2023 14:11 (UTC +04:00)

Bu günlərdə ölkəmizdə bir sıra dövlət qurumları, ayrı-ayrı təşkilatlar və sadə vətəndaşlar Türkiyədə baş vermiş təbii fəlakət – çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ ilə əlaqədar yardım kampaniyasına başlayıblar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsind’n APA-ya verilən məlumata görə, Milli Məclis deputatlarının, Parlament Aparatı və İşlər İdarəsi əməkdaşlarının da bu aksiyaya öz töhfələrini vermək məqsədilə topladıqları vəsaitə təbii fəlakət ərazisində böyük ehtiyac duyulan 40 ədəd daşınan generator alınaraq qardaş ölkəyə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR