Milli Observatoriya: Cəmiyyətdə fikir var ki, magistratura karyera üçün önəmlidir, reallıq əksini göstərir

Milli Observatoriya: Cəmiyyətdə fikir var ki, magistratura karyera üçün önəmlidir, reallıq əksini göstərir
# 07 oktyabr 2022 12:35 (UTC +04:00)

Azərbaycanın əmək bazarında ən çox tələb olunan sahələr açıqlanıb.

APA xəbər verir ki, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Sənnur Əliyev deyib ki, bu gün iş elanlarının 20 %-i bank maliyyə sektorundakı işlərlə bağlıdır:

“İşəgötürənlərdən hər beşindən biri bank maliyyə sektorundakı şirkətlərdir. Bu baxımdan Azərbaycandakı mövcud reallıq dünya reallığı ilə üst-üstə düşür. Sonrakı sırada isə pərakəndə sektor dayanır. Azərbaycanda əmək bazarında ən tələbatlı sahələr sırasında üçüncü yerdə informasiya texnologiyaları sektoru durur”.

Əmək bazarında işəgötürmə zamanı təhsil meyarlarının təhlilinə də toxunan Sənnur Əliyev əlavə edib ki, elanların 70 %-də ali təhsil tələb olunur:

“23 % orta ixtisas diplomu tələb edir. 7 % iş elanlarında isə təhsil kateqoriyası göstərilmir. Bu gün Azərbaycanda şirkətlər işəgötürmə zamanı cəmi 0,7 % halda magistratura təhsil səviyyəsinin olmasını tələb edir. Cəmiyyətdə fikir var ki, magistratura təhsili karyerada irəliləyiş üçün önəmlidir, reallıq isə əksini göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR