MİQ imtahanı üçün vakant yerlər toplanır

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 07 iyul 2022 11:56 (UTC +04:00)

Müəllimlərin işə qəbul müsabiqəsi üçün vakant yerlərin toplanması davam edir.

APA xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, bu il vakant yerlərin müəyyən olunması və müvafiq sistemə daxil olunması Regional Təhsil İdarələrinə tapşırılıb:

“Regional Təhsil İdarələrinin rəhbərləri ilə bir neçə dəfə görüşlər təşkil olunub, vakant yerlərin müəyyən olunması üçün onlara bir neçə əlavə alətlər təqdim olunub. Vakant yerlərin sayının əsas hissəsi çalışmanın son yaş həddi ilə bağlıdır. Bütün ölkə üzrə çalışmanın son yaş həddində olan müəllimlərin siyahısı onlara verilib. Eyni zamanda, müəssisələrdə olan dərs bölgüləri barədə məlumatlar da Regional Təhsil İdarələrinin rəhbərlərinə təqdim edilib”.

Eşqi Bağırov deyib ki, MİQ imtahanında test tapşırıqlarında ümumi 60 sual olacaq, 40 sual ixtisasdan, 20 sual təlim metodikasından veriləcək:

“İxtisas suallarına cavab 2, metodika ilə bağlı suallara cavablar isə 1 bal hesablanır. Bu səbəbdən ixtisasla bağlı sualın səhv cavabı həmin balın ¼-ni, yəni 0,5 balını azaldacaq. Metodika ilə bağlı sualın səhv cavabı isə balın 0,25-ni azaldacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR