MM-də “Parlament – QHT əməkdaşlığının gücləndirilməsi” müzakirə olunub

Milli Məclis

© APA | Milli Məclis

# 01 noyabr 2022 12:45 (UTC +04:00)

Bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin təşkilatçılığı ilə “Parlament – QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda iclas keçirilib.

APA-nın xəbərinə görə, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin komitənin sədri Fəzail İbrahimli QHT-lərlə görüşlərin, müzakirələrin faydalı olduğunu bildirib.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Qazilər haqqında” qanunun qəbuluna ehtiyac olduğunu söyləyib.

İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli hesab edir ki, Azərbaycanda ayrı-seçkiliklə bağlı qanunun qəbuluna ehtiyac var. Onun sözlərinə görə, yerli universitetlərin nüfuzunun artırılması üçün də addımlar atılmalıdır: “Təklif edirəm qırmızı diplomla yerli universiteti bitirənlər imtahansız işə qəbul olsunlar. Artıq cəmiyyətdə elə fikir formalaşıb ki, ancaq xaricdə təhsil alan gənclərə yaşıl işıqdır. Yerli universitetlərlə bağlı stimulu artırmalıyıq”.

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin prezidenti İlqar Hüseynli televiziya verilişlərində iştirak edən QHT ekspertlərinə qonorar verilməsini, az ödənişlə QHT-lərin ofislə təminatına şərait yaradılmasını, kiçik qrantlar zamanı məcburi dövlət sosial sığorta haqqının tutulmamasını təklif edib.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib ki, “I Qarabağ müharibəsi əlilləri var ki, uzun müddəti əlil arabasında yaşayıb: “Onlara baxan həyat yoldaşları var. O xanımların 65 yaşı olmasa, dünyasını dəyişən qazinin pensiyasını onlara vermirlər. O xanımlar ömrünü həmin qazilərə baxmaqla keçiriblər, ingilis dili bilmirlər, necə dolansınlar?! Digər tərəfdən, qanun Milli Qəhrəmanın övladını təhsil haqqından azad etmir, əlilin, qazinin və şəhidin övladlarını təhsil haqqından azad edir. Amma qanunun əlilin özünü təhsil haqqından azad etmir. Bizim Silahlı Qüvvələrimiz Türkiyə modelinə keçir. Türkiyədə bu məsələlər çox gözəl tənzimlənir. Biz Silahlı Qüvvələrdə Türkiyə modelini seçiriksə, əlil və zabitlərə, şəhid ailələrinə münasibətdə də Türkiyə modelini seçməliyik. Səbuhi Əhmədovun təcrübəsinə baxaq. şəhid qardaşına şəhid ailəsi statusu tanınmadı. Qanuna dəyişiklik edilməlidir ki, əgər şəhidin ata anası yoxdursa, onun qardaş və bacılarına bu status tanınsın”.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Samir Əliyev QHT-hökumət əməkdaşlığına diqqətin artırılmasın vacib sayıb.

Tədbir çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR