Moskvada yanğın zamanı beş uşaq xəsarət alıb, biri ölüb

Moskvada yanğın zamanı beş uşaq xəsarət alıb, biri ölüb
# 07 iyun 2023 06:18 (UTC +04:00)

Moskvada yanğın olub.

APA xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Hadisə zamanı 5 uşaq xəsarət alıb, onlardan biri dünyasını dəyişib.

Telekanalın məlumatına görə, yanğın Leninski prospektindəki 93 nömrəli evdə baş verib.

Yanğın baş verən mənzildə 5-i uşaq olmaqla 8 nəfər yaşayıb.

Yanğının səbəbi müəyyən edilməyib.

Hadisə nəticəsində 1 uşaq ölüb, daha 4 uşaq xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı başqa təfərrüatlar yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR